Bakıda 58 yaşlı kişi döyülüb

0
138

Bakıda döyülmə hadisəsi olub.

Terefsiz.az “Report”-a istinadən xəbər verir ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 45 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Əsgərov Tahir Ələkbər oğlu naməlum şəxslər tərəfindən döyülüb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona qapalı kəllə-beyin travması qoyulub və ambulator müalicəyə buraxılıb.