Bakıda 31 yaşlı kişi bıçaqlanıb

0
147

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Terefsiz.azxəbər verir ki, hadisə Ziya Bünyadov prospektində, İqtisad Universitetinin yataqxanasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Tağıyev Asəf Səhyəddin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Yaralıya sağ bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarasıdiaqnozu qoyulub. A.Tağıyev cərrahi əməliyyat edilib.

İstinad: Report.az

Terefsiz.az