Bakıda 2 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb – FOTO

0
184

Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Terefsiz.az xəbər verir ki, qəza metronun “Qara Qarayev” stansiyasının yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Tofaş” markalı minik avtomobilinin sürücüsü hərəkət üstünlüyü olan “Mercedes” markalı nəqliyyat vasitəsini gözləmədən yoluna davam edib. Nəticədə “Tofaş” “Mercedes”ə çırpılıb.

Hadisə zamanı “Tofaş” markalı avtomobildə olan sərnişin, 1994-cü il təvəllüdlü Mehdiyev Asim Rasim oğlu xəsarət alıb. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

İstinad: Oxu.az

Terefsiz.az