Bakı – Tbilisi qatarının hərəkəti bərpa olundu – YENİLƏNİB + VİDEO

0
146

Bakı-Tbilisi qatarında hərəkət bərpa olunub.

Terefsiz.az xəbər verir ki, bu barədə sərnişinlərdən biri məlumat verib.

Bildirilib ki, qəzanın ilkin nəticələri aradan qaldırıldıqdan sonra hərəkətə icazə verilib. Qatar əvvəlkinə nisbətən yavaş sürətlə də olsa, yoluna davam edir.

Əraziyə isə xüsusi təyinatlı qatar gəlib və təmir işləri davam edir.

Xəbər verən sərnişin yaralı və xəsarət alanlarla bağlı dəqiq məlumatın olmadığını amma qəza yerində bir neçə təcili tibbi yardım maşınının olduğunu da əlavə edib.

00:07

Bakı – Tbilisi qatarı qəzaya uğrayıb.

Terefsiz.az xəbər verir ki, hadisə Bakı – Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib.

Belə ki, qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb.

Hazırda qatarda olan sərnişinlər elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmırlar.

Yaralananlar barəsində hələlik məlumat yoxdur.

Hadisə şahidlərinin bizə yolladığı videonu təqdim edirik.

İstinad: Oxu.az

Terefsiz.az