Bakı – Quba yolundakı qəzada ölən və yaralananlardan bəzilərinin adları bəlli oldu – YENİLƏNİB + FOTO

0
178

Bakı – Quba yolundakı qəzada ölənlərin və xəsarət alanların bəzilərinin kimliyi məlum olub.

Terefsiz.az Oxu.Az-ın bölgə müxbirinə istinadən xəbər verir ki, qəza zamanı dünyasını dəyişənlərdən ikisi “Lada” markalı avtomobilin sürücüsü Xaçmaz şəhər sakini 40 yaşlı İsmayılov Hüseyn Səfərəli oğlu, “Mercedes” markalı avtomobilin sürcüsü Binəqədi rayon sakini Quliyev Səbuhi Çingiz oğludur.

Qəza zamanı Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən yaralılar isə Xaçmaz rayonun Qarabağlı kənd sakinləridir.

Onalar Mehriban Vəliyeva və Sevgi Vəliyevadır.

 

23:22

Bakı-Quba magistralında ölümlə nəticələnən yol qəzası baş verib.

Terefsiz.az Oxu.Az-a istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili ilə “Lada” markalı nəqliyyat vasitəsi toqquşub.

İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb.

Əraziyə DYP əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli 

istinad:oxu.az