Bağışla bizi, Nərmin….

0
401

Nərmin balamızın qətli bir daha qız övladının cəmiyyətdə rolunu əyani sübut kimi gözümüzün önünə gətirtdi. Qız övladlarımızı nə qədər sevirik? Sevirikmi heç? Onların dünyaya gəlməsi, gəlməməsi, gəlincə də nə qədər qayğıyla böyüməsi, diqqətimizdən kənarda, ya da diqqətimizlə. 10ca yaşlı Nərmiş balanın ölümü bu cəmiyyətdə qadın olmağın nə qədər çətin olmasını elə uşaqlıqdan göstərəcək nümunə oldu. Kaş olmayaydı, axı belə hadisələr dağ çəkir, qəlb qırır, həyatları lərzəyə gətirir. Onun qatili bir nəfərdi, beş nəfərdi, yüz nəfərdir, bilmirəm. O kəndin, o bölgənin, bütün ölkənin məsuliyyətindədi bir körpənin həyatı. Mütləq deyil ki kimisə qətlə yetirəsiz, yox mütləq deyil. Əgər siz bilib susursuzsa, əgər bütün hadisələrdən xəbərdarsız, amma “mənə nə, məndən uzaq” deyib, çiyin çəkib, göz yumursuzsa, siz də qatilsiz. O balanın qanı sizin, bizim, hamımızın əllərindədir. Bu gün Nərmin balaya olan, sabah bizim balalarımıza olmayacaqdan heç kim, heç vaxt bizi sığortalaya bilməz. Bu gün sən susursansa, sabah sənə də susacaqlar. Heç bir bəhanə səni, məni, bizi, onları məsuliyyətdən azad etməyəcək. Biz hamımız qatilik. Əzab verilən heyvanlardan tutmuş, işgəncə görən körpələr, döyülən qadınlar, əziyyət etdirilən kişilərə qədər. Biz hamımız günahkarıq. Bağışla bizi, Nərmin.

Müəllif: Xanım Əliyeva