Bağırsaq xərçəngindən qorunmaq üçün bunları edin – HƏKİM MƏSLƏHƏTİ – Video

0
123

Həm qadın, həm kişilər arasında ən çox rast gəlinən xərçəng növündən biri yoğun bağırsaq (kolon) xərçəngidir. Ən qorxulu cəhəti isə əlamətlərinin hiss olunmamasıdır. Buna görə də çox zaman bağırsaq xərçəngi irəliləmiş halda ortaya çıxır. Mütəxəssislər isə yoğun bağırsaq xərçənginin qarşısının əvvəlcədən alına biləcəyini vurğulayırlar. Ailem.az türkiyəli qastroenteroloq Nurdan Tözün bununla bağlı məsləhətlərini diqqətinizə çatdırır. Qidalanmanıza diqqət edin

Yoğun bağırsaq xərçəngi qeyri-sağlam qidalanma ilə birbaşa əlaqədardır. Xüsusilə həddindən çox yağlı qidalar, heyvan mənşəli yağ istifadəsi və qırmızı ətlə daha çox qidalanma qalın bağırsaq xərçəngi riskini artırır. Həmçinin kolbasa, sosis və bu kimi yenidən işlənmiş qidalardan uzaq durmaq lazımdır. Meyvə və tərəvəzin kifayət qədər qəbul olunmaması həzm sistemi sağlığına mənfi şəkildə təsir göstərir. Hər gün kifayət qədər meyvə və tərəvəz yeməyi unutmayın. Bol lifli qidalardan istifadəni artırın.