Bağdad yaxınlığında ABŞ hərbçilərinin olduğu baza atəşə tutulub

0
138

İraqda ABŞ hərbçilərinin olduğu “Bələd” aviabazası minaatanlardan atəşə tutulub.

Terefsiz.az xəbər verir ki, Bağdaddan şimalda yerləşən bazaya üç mərmi atılıb.

Nəticədə bir neçə kiçik yanğın ocağı yaranıb, amma yaralanan olmayıb.

Hücumu kimin etdiyi barədə məlumat verilmir.

İstinad: İnterfaks

Terefsiz.az