Azərbaycanlı məşhur modelin gizli sevgilisi ortaya çıxdı – FOTO

0
5251

Azərbaycanlı model, “Miss Turizm Kainat” titulunun sahibi Anastasiya Bern əcnəbi şəxslə sevgi münasibətinə başlayıb.

Terefsiz.az xəbər verir ki, şəxsi həyatını hamıdan gizlədən model bu dəfə sevgilisini ortaya çıxarıb. Onun sevib-seçidiyi şəxs isə prodüser Co Marxadır.

Bern bildirib ki, sevgilisi onun bütün işlərində dəstəkləyir və hər zaman yanındadır.

Anastasiya Bern Azərbaycanın ən çox tələbatlı modellərindən biridir. O bir çox moda nümayişləri və reklam layihələrinin siması olub.

O, “Miss universal”, “Miss Eurovision”, “Miss Civilization”, “Miss Globe” və digər beynəlxalq layihələrdə iştirak edib.

Modelliklə yanaşı, Bern ifaçılıqla da məşğuldur. O illər öncə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin milli seçim turlarında iştirak edib.

Rəşad Əliyev

istinad:oxu.az