Azərbaycanlı könüllü: “Kahramanmaraşa gəlmək mənim vicdan borcum idi”

0
85

“Kahramanmaraş şəhərinə gəlmək mənim vicdan borcum idi”.

“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, bunu Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə şəxsi hesabına könüllü gələn Vüsal Rüstəmov deyib.

“Burada axtarış-xilasetmə əməliyyatlarına qoşuldum, meyitlərin çıxarılmasında iştirak etdim. Bundan sonra Azərbaycandan gələn könüllülərə qoşulacam. Kahramanmaraşın kəndlərində gedib insanlara kömək edəcəm”, – o bildirib.

Qeyd edək ki, V.Rüstəmov fevralın 7-dən Kahramanmaraş şəhərində könüllü olaraq fəaliyyət göstərir.

terefsiz.az