Azərbaycanlı futbolçu Moldova klubunda

0
136

Azərbaycanlı futbolçu Nurlan Novruzovun yeni klubu müəyyənləşib.

Terefsiz.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasını Moldovanın yüksək liqa təmsilçisi “Dinamo-Avto”da davam etdirəcək. Bu barədə o, özünün “Feysbuk” səhifəsində yazıb. N.Novruzovla imzalanan müqavilənin  detalları hələ ki, bəlli deyil.

Qeyd edək ki, N. Novruzov “Bakı”, “Sumqayıt”, “Zirə”, “Səbail”də oynayıb. O, son olaraq Türkiyənin “Dersim 62 Spor” klubunda çıxış edib. N.Novruzov 2014/2015 mövsümündə “Bakı”nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub.

İstinad: Qol.az

Terefsiz.az