Azərbaycanın bədii gimnastları İslamiadanı 6 medalla başa vurublar

0
89

Azərbaycanın bədii gimnastları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarını 6 medalla başa vurublar.

“Terefsiz.az” xəbər verir ki, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Ləman Əlimuradova, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət qrup komandası üç lent və iki topla hərəkətlərdə qızıl, beş halqa ilə hərəkətlərdə isə gümüş medal əldə ediblər.

Beləliklə, bədii gimnastlar İslamiadanı 6 medalla başa vurublar.

terefsiz.az