Azərbaycandan beynəlxalq uçuşların başlayacağı vaxt bilindi – RƏSMİ

0
233

“Beynəlxalq aviareyslərin bərpası xüsusi meyarlarla aparılacaq”.

Terefsiz.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

“Qonşu ölkələrdəki vəziyyət təhlil olunacaq. İyunun 15-dən bəzi ölkələr üzrə gediş-gəlişin bərpası mümkün ola bilər”, – deyə sədr vurğulayıb.