Azərbaycanda qızı qaçırıb anasına ağır xəsarət yetirdilər

0
127

Bərdə rayonunda gənc qız anasının gözü qarşısında qaçırılıb.

Terefsiz.ax xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

Şahidlərin verdiyi məlumata görə, qız anası M.K ilə gəzinti zamanı minik avtomobili ilə qaçırılıb. Hadisə zamanı bir neçə oğlan qızın anasına ağır bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib.

Qızın tapılması istiqamətində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İstinad: Oxu.az

Terefsiz.az