Azərbaycanda ilk onlayn səs yarışmasına sən də qatıl!

0
453

Azərbaycan ilk onlayn səs yarışması başladı. Öz səsinə güvənən və öz istedadını geniş kütləyə çatdırmaq istəyən 18 yaşından yuxarı hər bir şəxs qatıla bilər.

Terefsiz.az xəbər verir ki, bu cür konseptdə yarış ölkəmizdə ilk dəfə keçirilir. Gənclərə dəstək və onların gələcək karyerasında irəliləmələri üçün nəzərdə tutulmuş yarış, özünə və səsinə güvənən hər kəs üçün açıqdır.

Müsabiqədə iştirak etmək üçün istənilən dil və janrda (hər hansı musiqi aləti müşayətiylə də olar) 2-5 dəqiqəlik video çəkilişini 30.04.2020 tarixindən 10.05.2020 tarixinədək [email protected] elektron poçt ünvanına yollamanız lazımdır. Video istənilən ölkədən göndərilə bilər. Videonuzla birgə: ad, soyad, ata adı, doğum tarixi və əlaqə nömrənizi də yazmağı unutmayın.