Azərbaycanda hərbi xidmətdən yeni qayıdan gənc faciəvi şəkildə öldü

0
113

Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.

Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.

Qeyd edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.

Faktla bağlı araşdırma aparılır.

istinad:oxu.az