Azərbaycanda ailə FACİƏSİ: Baba dənizdə boğulan nəvəsini xilas etmək istədi – Özü də BOĞULDU

0
173

Qaradağ rayonunun Ələt qəsəbəsində iki nəfər suda boğularaq ölüb.

15 yaşlı Ləman Orucova dənizdə çimərkən boğulub.

L. Orucovanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyib. Nəticədə Ə.Orucov da boğulub.

Terefsiz.az saytı xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Təcili yardıma çağırış saat 16.45-də daxil olub. Hadisə yerinə gələn həkim briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

istinad: (BAKU.WS)

Terefsiz.az