Azərbaycan – Ukrayna oyununda heç-heçə

0
199

 Azərbaycan və Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Terefsiz.az saytı xəbər verir ki, “Dalğa Arena”da baş tutan matçda qalib müəyyənləşməyib – 1:1.

Qeyd edək ki, hesabı 48-ci dəqiqədə Ozan Can Kökçü açıb. Rəqibin bərabərlik qolunu isə 65-ci dəqiqədə Nazari Rusin vurub.

Terefsiz.az