“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyası dinləyici qəbulu ilə bağlı müsabiqə elan edir.

0
187

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyası dinləyici qəbulu ilə bağlı müsabiqə elan edir.

Terefsiz.az xəbər verir ki, müsabiqədə aparıcı, reportyor, redaktor, rejissor və operator peşələrinə yiyələnmək istəyən 30 yaşina qədər ali təhsili olan şəxslər iştirak edə bilərlər.

Aparıcı və reportyor kurslarına qatılmaq istəyənlərin nitq qabiliyyəti və xarici görünüşü efirə uygun olmalıdır.

Müsabiqədən keçən dinləyicilər:

• Teleradio Akademiyasında təhsil almaq imkanı qazanacaqlar;
• Kursu bitirdikdən sonra onlara Akademiyanın sertifikatı təqdim ediləcək.

Tədrisi Teleradio Akademiyasının peşəkar mütəxəssisləri və xaricdən dəvət olunan ustadlar aparacaqlar.

Müsabiqədə iştirak etmək istəyənlər CV-lərini 2019-cu il sentyabrın 28-dək aşağıdakı e-mail ünvanına göndərməlidirlər: [email protected]

Əlaqə nömrəsi: (012) 537-02-80

Teleradio Akademiyasının
İctimaiyyətlə əlaqələr şöbəsi

TEREFSİZ.AZ