Azərbaycan şahmatçılarının inamlı çıxışı davam edir

0
61

Azərbaycan şahmatçılarının inamlı çıxışı davam edir.

“Terefsiz.az”ın xəbərinə görə, Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib.

Ülviyyə Fətəliyeva isə lider Monika Soçko (Polşa) ilə heç-heçə edib. Səbinə İbrahimova Noqa Oriana (İsrail) qalib gəlib.

Fətəliyeva turnir cədvəlinin lideri Monika Soçko (Polşa) ilə sülh bağlayıb – 0,5:0,5.

Səbinə İbrahimova isə Noqa Oriana (İsrail) qalib gəlib.

Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub.

Bu nəticələrdən sonra Günay Məmmədzadə 7 xalla 2-ci, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova 6,5 xalla 4-5-ci, Gövhər Beydullayeva və Xanım Balacayeva 6 xalla müvafiq olaraq 17-ci və 19-cu, Ləman Hacıyeva 5 xalla 33-cü və Səbinə İbrahimova 4 xalla 80-cidir.

Qeyd edək ki, avqustun 31-də başa çatacaq Avropa çempionatında 123 şahmatçı mübarizə aparır.

terefsiz.az