Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkatma mərasimi keçiriləcək.

0
186

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkatma mərasimi keçiriləcək.

Terefsiz.az saytı report.az – a istinadən məlumat verir ki, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlanacaq.

Mərasimə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələri qatılacaqlar. Ötən mövsüm olduğu kimi, çempionat eyni komandaların iştirakı ilə keçiriləcək. Bunlar “Qarabağ“, “Neftçi“, “Səbail“, “Qəbələ“, “Zirə“, “Sumqayıt“, “Sabah” və “Keşlə“dir.

Qeyd edək ki, yeni mövsümə avqustun 16-da start veriləcək.

Terefsiz.az