Azərbaycan millisinin üzvünə Meksikadan yarım milyon avroluq təklif

0
251

Azərbaycan millisinin üzvünə Meksikadan yarım milyon avroluq təklif

Milli komandamızın üzvü Eddi İsrafilov bu yay çıxış etdiyi “Alkorkon ” klubundan ayrıla bilər.

Terefsiz.az saytı ” Marca “ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Meksikanın ” Atletiko San-Luis ” klubundan təklif alıb. Yeni mövsümdən elitada oynayacaq klubun Eddi üçün 500 min avro transfer məbləği ödəməyə hazır olduğu bildirilir. İsrafilovla mövsümün sonunda İngiltərə çempionşipində çıxış etmək hüququ qazanan ” Luton ” komandasının da maraqlandığı iddia olunur.

Terefsiz.az