Azərbaycan Fotoqrafları Birliyi “Açıq qapı günü” keçirəcək.

0
132

1 fevral 2020-ci il saat 15:00-da ənənəvi “Açıq Qapı” günü keçiriləcək. Tədbirə həvəskar, peşəkar, fotoqrafiya sənətini sevənləri dəvət edilir.
Tədbirdə “Məhəlləmiz” yanvar ayının fotomüsabiqəsinin qalibləri seçiləcək. Müsabiqənin qaliblərini “Açıq Qapı” günü tədbirinin iştirakçıları gizli səs vermə yolu ilə seçiləcək.

Rüstəm Hüseynov ağ-qara “Küçə fotoqrafiyası”  təqdimatını keçirəcək.

“Faciənin fotosu” sənədli filminin yaradıcı heyəti film haqda danışacaq və film nümayiş olunacaq.

Tədbirin sonunda fevral ayı üçün aylıq fotomüsabiqə elan olunacaq.
Ünvan.Azərbaycan Milli QHT Forumunun ofisi
Nəsimi rayonu, Nizami küçəsi 154 (köhnə ilə 92), Landmark otelinin yanı, Aqrar Tədqiqatlar Mərkəzinin binası, 2-ci mərtəbə.
Tədbiri Azərbaycan Fotoqrafları Birliyi təşkil edir.
əlaqə tel. 0702124719