Azərbaycan Dövlət Pantomima Teatrının mövsüm açılışı

0
166

Azərbaycan Dövlət Pantomima Teatrı yeni mövsümünü sentyabrın 14-də açıq elan edəcək.Terefsiz.az saytı xəbər verir ki, sənət ocağı bu dəfə mövsümə “Kişilər və qadınlar”la başlayacaq.

Bundan başqa, teatrın səhnəsində sentyabrın 15-də “Ağ bığlılar”, 21-də “Underground”, 22-də “Kişilər və qadınlar” 28-də “İt gəzdirən xanım”, 29-da isə “Dejavü” tamaşası nümayiş ediləcək.

Terefsiz.az