Azərbaycan da müəllim özbaşınalıqları səngimir – Video

0
414

Azərbaycanda müəllimlərin özbaşınalıqları əksilmək bilmir.

Terefsiz.az saytı xəbər verir ki, 246 nömrəli məktəbin müəlliməsi Pərvanə Absalamova dərs zamanı 3 şagirdi gül bayramı münasibəti ilə üzərində ümumilli lider Heydər Əliyevin rəsmi olan paltarları geyindirib lövhəyə çıxarıb şəkillərini çəkmək istəyib. Şagirdlərdən biri başını tərpətdiyi üçün müəllimə əsəbləşərək şagirdə zor tətbiq edib.

Lakin bu zaman şəkil çəkdiyini zənn edən müəllimə istəmədən öz vəhşiliyini video lentə alıb, Sonra isə onu səhvən facebook sosial şəbəkəsində qrup halında halında paylaşaraq özünü ifşa edib.

Lakin sonra silməyə çalışsada gec olub. Artıq çox insan tərəfindən video paylaşılmışdı.

Bu məsələ ilə bağlı olaraq, insanlar Təhsil Nazirliyinin reaksiyasını gözləyir.

Terefsiz.az