Avropa Liqası: “Neftçi” “Bney Yehuda”ya qarşı

0
142

“Neftçi” Avropa Liqasının üçüncü təsnifat mərhələsində bu gün cavab oyununa çıxacaq.

Terefsiz.az saytı xəbər verir ki, Roberto Bordinin komandası səfərdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq. Petak Tikvadakı “Ha Moşava” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bu komandalar arasında ölkəmizdəki görüşdə bərabərlik qeydə alınıb – 2:2. “Neftçi” səfərdə sərfəli nəticə ilə növbəti mərhələyə yüksəlməyə çalışacaq.

Qeyd edək ki, “Neftçi” “Bney Yehuda”  səddini keçəcəyi halda, pley-off-da “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda İsveç təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

16 avqust
Avropa Liqası 3-cü təsnifat mərhələsi
Cavab oyunu

21:00. “Bney Yehuda” (İsrail) – “Neftçi”

Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua
İlk oyun – 2:2

Terefsiz.az