Arvadını müayinə edən həkimi döydü – FOTO

0
136

Türkiyənin Osmaniye rayonunda həkim yaralı vəziyyətdə olan xəstəni müayinə edib.

Terefsiz.az DHA-nın xəbərinə istinadən bildirir ki, ginekoloq Gökhan Gönənə arvadını doğuşa gətirən kişi hücum edib.

Belə ki, M.B. adlı şəxs hamilə arvadını xəstəxanaya gətirib və onun qeydiyyat aparılmadan müayinə olunmasını istəyib.

Həkim ona arvadının təcili qeysəriyyə əməliyyatı olmasını və bundan əvvəl qeydiyyata düşməsi lazım olduğunu deyib.

Qeydiyyata razı olmayan şəxs müayinədə iştirak etməyi də tələb edib və onunla razılaşmayan həkimə hücum edərək döyüb.

Yaralanmasına baxmayaraq, həkim əməliyyatı uğurla həyata keçirib və bundan sonra özü müalicə olunub.

Həkimə hücum edən M.B. polis işçiləri tərəfindən nəzarətə götürülüb.

istinad:oxu.az