Arsen Venger Fransa klubu ilə danışıqlar aparır

0
165

İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger Fransanın “Nitsa” komandasına rəhbərlik edə bilər. 

Terefsiz.az “France Football”a istinadən xəbər verir ki, klub rəhbərliyi 70 yaşlı mütəxəssislə danışıqlar aparır və onunla müqavilə imzalamağı planlaşdırır.

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən rəhbərlik etdiyi “Arsenal”ı 2017-2018 mövsümünün sonunda tərk edib. Hazırda “Nitsa”nın baş məşqçisi “Arsenal”ın sabiq futbolçusu Patrik Vieyradır. O, 1996-cı ildən 2005-ci ilədək Arsen Vengerin rəhbərliyi altında London təmsilçisinin formasını geyinib.

Terefsiz.az