Arda Turan rəsmən “Qalatasaray”da.

0
1045

TEREFSİZ.AZ saytı xəbər verir ki, “Qalatasaray” sabiq futbolçusu Arda Turanı transfer etdiyini rəsmən açıqlayıb.

Bu barədə klubun saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan A.Turan 2004-2011-ci illərdə İstanbul təmsilçisində oynayıb.

Xatırladaq ki, 33 yaşlı yarımmüdafiəçi 2018/2019 mövsümü və 2019/2020 mövsümün ilk yarısını icarə əsasında “Başakşəhər”də keçirib. Onun “Barselona” ilə müqaviləsi isə bu yay başa çatıb.

Terefsiz.az