Antoniu Quttereş BMT Baş Assambleyasında Venesuela müxalifətinin lideri ilə görüşməyəcək.

0
149

BMT – nin baş katibi Antoniu Quterreş beynəlxalq təşkilatın Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Venesuela müxalifətinin lideri Xuan Quaydo ilə görüşməyəcək.

Terefsiz.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilat sədrinin özü bildirib.

“Yox, hal-hazırda gündəlikdə belə bir görüş yoxdur”, – deyə Quttereş bununla bağlı suala cavabında bildirib.

Qeyd edək ki, Venesuela müxalifətinin lideri sentyabrın sonunda BMT Baş Asambleyasının 74-cü sessiyası çərçivəsində siyasi müzakirələrdə iştirak etmək üçün Nyu-Yorka getmək niyyətindədir.

Bu səfəri zamanı X.Quaydonun onu müvəqqəti prezident kimi tanıdıqlarını açıqlayan bəzi ölkələrin rəhbərləri ilə, o cümlədən ABŞ Prezidenti Donald Trampla görüşləri nəzərdə tutulur.

Terefsiz.az