Almaniyada kilsədə atışma olub, hücümü törətməkdə şübhəli bilinən şəxs ölü tapılıb

0
59

“Terefsiz.az” “Bild”ə istinadən xəbər verir ki, yerli vaxtla 21:00 radələrində baş verən atışmada Almaniyanın Hamburq şəhərinin Alsterdorf rayonunda baş verən atışmada 7 nəfər ölüb, 24 nəfər ağır yaralanıb.

Bildirilib ki, hadisəni törədən şəxs və ya şəxslər olay yerindən qaçıblar. Hazırda polis onları axtarır.

Hadisə “Yehovanın Şahidləri” dini təşkilatının mərkəzində baş verib.

Yaralananlardan 7 nəfərin durumu ağırdır.

Almaniyada ölü tapılan 7-ci nəfərin silahlı hücumu törətməkdə şübhəli bilinən şəxs olduğu güman edilir.

Bu qənaətə yerli polis gəlib, lakin bu hələlik təsdiqlənməyib.

Polis nümayəndəsinin sözlərinə görə, hazırda cinayətkarın gizləndiyinə dair heç bir dəlil yoxdur.

“Hazırda durum sakitləşib”, – polis rəsmisi vurğulayıb.

Hadisə yerinə gələn polisin atəş açmadığı qeyd olunub.

terefsiz.az