Allahın, yoxsa insanların kini? – Bənövşə Mahmudqızından sosial çağırış

0
457

” Allahın kini… ”

Kiminsə ahı,
kiminsə günahı
Olur kiminsə əzabı…
Bu əzəli əzabın…
Nədir, mənə qəzəbin?
Sən ki mənə can verdin,
Ruh üfürdün.
Yoxsa, yoxsa…
Bəxtimə tüpürdün???
Ya öz əl işinə…
Gəlmədimmi işinə?!
Dostum bilirdim,
Hər sirrimi, sözümü,
Deyirdim mən özümü.
Niyə verdin bu dözümü?!
Nifrət də yox içimdə,
Nifrət ediləsi insanlar tanıdım,
Nə biçimdə…
Gicəm də…
Yenə nifrət etmirəm.
Nə sənə, nə əl işinə,
Hə… O insan dediyinə,
Nifrət etmirəm.
Məni özündən də
Mərhəmətli qılıbsan?!
Ümumiyyətlə,
Sən mənə de görüm,
Məni nə yaradıbsan?!
İnsan???
Güldürmə məni!
Bəsdir daha,
Gündən – günə
Öldürmə məni,
Diri – diri…
Kiri… Kiri…
Bitsin artıq
Bu Allahın kini!
Bax, gör, nə deyirəm,
Yox, yox!
Demirəm!
Nə zaman dinlədin məni?!
” Ol ” kəlimənə baxarkən,
Olmasını gözlərkən,
Çatdırdın
hansı arzuma məni?!
Kiri… Kiri…
Bitsin artıq, Allahım, kinin…

Bənövşə Mahmudqızı


” Psixoloji yardıma ehtiyacı olan və ” Maddi ” durumu yaxşı olmayan hər kəs açıq şəkildə mənə müraciət edə bilər. Konsultasiyaları ödənişsiz edirdim, etməyə davam edirəm. Sadəcə maddi durumu yaxşı olanlardan rica edirəm ki, onlar ödənişli konsultasiyalara gəlsinlər. ” Sui istifadə ” etməsinlər və ya maddi vəziyyəti yaxşı olan insanlar psixoloji yardıma ehtiyacı olan insanlar üçün kömək məqsədilə ” ianə yardımı ” etsinlər. Çünki psixoloji yardıma ehtiyacı olanlar ən çox maddi imkansızlıqdan əziyyət çəkir. Bu şeir isə bütün dərd yiyələrinin bir üsyanı və səsidir. ” LAQEYD ” QALMAYAQ! “

 

 

TEREFSİZ.AZ