Ağstafada toyda qulluqçunu döydülər

0
125

Ağstafada toyda dava düşüb.

Terefsiz.az Oxu.Az-ın bölgə müxbirinə istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib.

Belə ki, kənddə toy mərasimində qulluq edən, 1991-ci il təvəllüdlü Fərid Salıfov qonaqlardan biri ilə mübahisə edib.

Nəticədə qısa müddətdə böyüyən mübahisə davaya çevrilib və Salıfov döyülüb. Ona şüşə ilə bir neçə dəfə zərbələr vurublar.

Müxtəlif bədən xəsarətləri alan gənc Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

istinad:oxu.az