Ağstafada 16 yaşlı oğlanı avtomobil vuraraq öldürüb

0
50

Ağstafa rayonunun Poylu kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Terefsiz.az” “Reporta” istinadən bildirir ki, yolu qarşı tərəfə keçmək istəyən piyada, 2006-ci il təvəllüdlü N.Orucovu “Mercedes” markalı avtomobil vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

terefsiz.az