Ağlaması körpənin həyatını xilas etdi – FOTO

0
147

Zibil konteynerində qanlı torbanın içindən uşaq qığıltısı eşidən zibilyığanlar gördükləri mənzərədən dəhşətə gəliblər.

Bu barədə Terefsiz.az “Reuters”-a istinadən xəbər verib.

Bildirilir ki, hadisə Sinqapurda baş verib.

Fəhlələr uşağın səsini eşitməsəydilər, qanlı paketi zibilyığan maşına utilizasiya üçün atacaqlarını və bunu etməyə imkan tapmadıqları üçün hədsiz xoşbəxt olduqlarını deyiblər.

Məlumata görə, gözlə görüləsi xəsarətləri olmayan uşaq dərhal xəstəxanaya çatdırılıb. Polis artıq istintaqa başlayıb.

istinad:oxu.az