Ağac kəsən şəxs məhkəməyə verildi

0
179

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Türkəncil kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı məlumat daxil olub.

Baş verənlər qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 3 qızılağacın kəsildiyi və təbiətə 6400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Araşdırma zamanı ağacların Lənkəran rayonu, Türkəncil kənd sakini Saleh Rzayev tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanına göndərilib.

istinad:oxu.az