ABŞ Silahlı Qüvvələri nüvə hazırlığını yoxlamaq üçün sabah təlimlərə başlayacaq

0
37

ABŞ Silahlı Qüvvələrinin İllik Strateji Komandanlığı nüvə qüvvələrinin hazırlığını yoxlamaq üçün bu həftə təlimlərə başlayacaq.

“Terefsiz.az” xarici KİV-ə istinadən xəbər verir ki, “Global Thunder 23” adlı təlimə sabah, aprelin 11-də start veriləcək.

Məlumata görə, bu cür təlimlər hər il keçirilir və heç bir dövlətin hərəkətlərinə cavab deyil. Təlimlərin əsas məqsədi nüvə qüvvələrinin hazırlığının və strateji çəkindirmə imkanlarının yoxlanılmasıdır.

Təlimlərdə ABŞ-ın əsas müttəfiqləri, o cümlədən Böyük Britaniya iştirak edəcək.

terefsiz.az