ABŞ-la Çin arasında növbəti danışıqlar bu həftə başlayır.

0
182

ABŞ-la Çin arasında ticarət danışıqlarının növbəti mərhələsi oktyabrın 10-da Vaşinqtonda başlayacaq.

Terefsiz.az saytı “Reuters”ə istinadən xəbər verir ki, Ağ Evin Mətbuat xidməti Çinin baş nazirinin müavini, yüksək ticarət elçisi Liu Henin başçılığı ilə, təqribən, 30 nəfərlik yüksək səviyyəli ticarət heyətinin ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Steven Mnuçinlə görüşəcəyini açıqlayıb.

Danışıqlarda əsas diqqətin əqli mülkiyyət hüquqları, xüsusi texnologiyaların icbari ötürülməsi, kənd təsərrüfatı, mühafizə, xidmətlər, qeyri-tarif sədlər kimi sahələrdəki əlaqələrə yetiriləcəyi bildirilir.

Terefsiz.az