ABŞ Konqresi: Dövlət borcu artmaqda davam edəcək

0
122

ABŞ-ın dövlət borcu artmaqda davam edəcək və 2049-cu ildə onun məbləği ölkənin ümumi daxili məhsulunun (ÜDM) 144%-i qədər olacaq. 

Terefsiz.azRusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresindən bildirilib.

Konqesin Nümayəndələr Palatasının büdcə İdarəsi borcun artmasını büdcə kəsirinin yüksək səviyyədə olması ilə izah edib və ABŞ üçün ciddi risklər yaratdığını bəyan edib.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın Maliyyə Nazirliyi Konqresdən dövlət borcunun yuxarı həddini artırmağı xahiş edib.