ABŞ fond bazarı artımla bağlandı

0
157
  • ABŞ fond bazarında hərraclar cümə günü, iyunun 28-də əsas indekslərin artımı ilə başa çatıb.

Bu barədə Terefsiz.az saytı  birjanın göstəricilərinə əsasən xəbər verir.

Beləliklə, “Dow Jones”-un indeksi 0,27  %, yaxud 26599,42 bəndədək, “S&P 500”-ün indeksi 0,57 %, yaxud 2941,45 bəndədək, “NASDAQ” elektron birjasının indeksi isə 0,48 %, yaxud 8006,24 bəndədək artıb.