ABŞ-da pilotlar reysə sərxoş çıxmağa çalışdılar

0
155

Terefsiz.az saytı xəbər verir ki, “United Airlines” aviaşirkəti hər iki pilot sərxoş olduğu üçün,  Qlazqodan Nyuarka olan reysi təxirə salıb.

Bu barədə REN TV yerli KİV-ə istinadən xəbər verir.

Qeyd edilir ki, pilotlar uçuşdan öncə qanda spirtin dərəcəsini yoxlayan standart testi keçə bilməyiblər.

Təyyarənin komandiri və ikinci pilot dərhal xidmətdən uzaqlaşdırılaraq həbs ediliblər.

Aviaşirkət sərnişinləri şəhərə ən yaxın reyslə yola salacağına söz verib.

Terefsiz.az