ABŞ-da gənc qız məktəbdə atəş açıb, 6 nəfər ölüb – YENİLƏNİB

0
27

ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində yerləşən məktəbdə baş verən atışma zamanı 6 nəfər ölüb.

Bu barədə “Terefsiz.az” “ABC News”a istinadən xəbər verir.

Qeyd edilir ki, həlak olanlardan 3-ü şagird, 3-ü isə məktəbin əməkdaşıdır.

Digər mətbu orqanların məlumatına görə, məktəbə hücum edən silahlı şəxs də öldürülüb. O, gənc qızdır.

Bundan əvvəl WKRN telekanalı da atışma zamanı bir neçə nəfərin öldüyünü xəbər verib.

terefsiz.az