ABŞ Əfqanıstandan ordusunun bir hissəsini çıxarmağa hazırlaşır

0
153

ABŞ gələn həftə Əfqanıstandan 4 min hərbçisini çıxaracağını bəyan etməyə hazırlaşır. Bu, ölkədəki Amerika hərbi kontingentinin üçdən biridir.

Terefsiz.az -ın məlumatına əsasən, bu barədə “NBC News” mənbəyə istinadən xəbər verir.

Telekanal bildirir ki, ordunun bir hissəsi çıxarıldıqdan sonra Əfqanıstanda 9 minə yaxın amerikalı hərbçi qalacaq. Ordunun çıxarılması bir neçə ay davam edəcək.