86 yaşlı rejissor təcavüzdə ittiham edilir.

0
235

 

Məşhur rejissor Roman Polanskinin adı yenidən qalmaqalda hallanır.

Terefsiz.az saytı xarici mətbuata istinadən xəbər verir ki, fransalı aktrisa Valentina Monier rejissoru 1975-ci ildə ona təcavüz etməkdə günahlandırıb.

Sənətçi bildirib ki, həmin vaxt onlar İsveçrənin xizək kurortunda istirahət edirmişlər.

“O vaxt 18 yaşım vardı. Döyə-döyə əynimdəki paltarımı cırdı. Daha sonra isə təcavüz etdi” – deyə, Monier bildirib.

Qeyd edək ki, Polanski daha əvvəllər də aktrisalara qarşı təcavüz və əxlaqsız hərəkətlərdə ittiham edilirdi.

Terefsiz.az