Azərbaycan xanımlarının gözəlliklərini dünyaya çatdıran Həsənova Əsmərdən müsahibə

0
4316

 

Hər zaman başqa əslli xanımların dünyada istər sosial şəbəkələr vasitəsilə, istərsə də digər sosial layihələr vasitəsilə təbliği aparılır. Müxtəlif soy-köklərin özəllikləri həmin xanımların təqdimatı ilə təbliğ olunur.

 

TEREFSİZ.AZ saytı da Instagram sosial şəbəkəsi vasitəsilə Azərbaycan qızlarını təbliğ və təqdim edən ” Azerbaijan.girls ” adlı səhifəni kəşf etdik. Həmin səhifəni idarə edən bir xanımdır və biz o xanımdan bu barədə müsahibə aldıq.
TEREFSİZ.AZ saytı olaraq, həmin müsahibəni sizə təqdim edirik.

 

 

 

 

 

 

Mən Həsənova Əsmər 1998-ci ildə Bakıda anadan olmuşam. 2016-cı ildə 39 nömrəli orta məktəbi bitirmişəm və hal-hazırda  Azərbaycan dövlət iqtisad universitetinin 4-cü kurs tələbəsiyəm. Təbii ki mənim də həyatda məqsədim və istəklərim var. Məqsədim düzgün yaşamaq və ədalətli olmaqdır.  İstəklərimsə çoxdur, ilk istəyim valideyinlərin uşaqlarını vətənpərvər ruhda böyütməsidir. Çünki bu baş verməsə, onları böyüdükdən sonra, Azərbaycan xalqına, mədəniyyətinə, dilinə, miliyyətçilik mövzusunda bir olmağa soyuq münasibət bəsləyəcəkdir. Valideyinlərim mənə bu mövzuda yaxşı yol göstərib, uşaqlıqdan milliyyətçi böyümüşəm və tariximizlə, mədəyniyyətimizlə həmişə maraqlanmışam bu günə qədər.
Əvvəldən arzuladığım bir şey var idi, bacardığım qədər Azərbaycanı tanıtmaq. Mən xaricdə yaşamasam da çalışıram ki,  başqa millətlərdən olanların da Azərbaycan haqda yaxşı fikriləri yaransın. Sosial şəbəkələrdə Azərbaycanla bağlı bir çox səhifələr yaratmışam, hal-hazırda isə daha çox aktiv olduğum səhifə İnstagramda azərbaycanlı qızlar səhifəsidir. Adı isə 3 ildir  Azerbaijani.Girls səhifəsidir və bu adla fəaliyyət göstərir. Səhifədə Azərbaycan hüdudlarında yaşayan və xaricdə yaşayan azərbaycanlı xanımların şəkilləri seçilib, paylaşılır. Yalnız bu qədər deyil məqsədim xanınlarımızın gözəlliyini  dünyaya az da olsa, tanıtmaqdır. Buna görə də mövzu əsasən, üz gözəlliyi ilə bağlı olur. İstər estetik olsun, istərsə də təbii bacardığım qədər təbii gözəllikdə olan xanımlar paylaşıram səhifədə. Səhifədə çalışıram ki, məşhur olmayan və izləyicisi daha az olan  gözəl xanımları tapıb paylaşım. Bunun isə fərqlilik olduğunu düşünürəm.  İzləyicilərin ən maraq duyduğu mövzularsa keçmişdəki xanımlarımızı səhifədə görməkləridir. Buna görə də istər məşhur, istərsə də izləyicilərin göndərdiyi şəkilləri nəzərə alaraq, bu cür retro paylaşımlar etməyə daha çox çalışıram. Səhifənin izləyicilərinin çox hissəsini xanımlar təşkil edir və izləyici kütləsi 26 mindir. Səhifədə kifayət qədər xarici millətlərdən olan izləyicilər var. Bu da məni təbii ki sevindirir və səhifəmdən ilham alaraq,  bu cür səhifələr açanlar da kifayət qədər çoxalır, bu sevidnirici haldır. İstərdim ki, səhifəyə daha çox maraq olsun, bunun üçün bacardığım qədər   daha maraq kəsb edən postlar paylaşıram.

 

 

 

 

Terefsiz.az