200 milyon izləyicisi olan Ronaldo “Instagram”dan 43 milyon avro qazanır – FOTO

0
169

İtaliyanın “Yuventus” komandasının hücumçusu, dünya şöhrətli 34 yaşlı dörd uşaq atası, portuqaliyalı futbolçu Kriştianu Ronaldonun sosial şəbəkə paylaşımları üzərindən qazandığı pulların məbləği açıqlanıb.

TEREFSİZ.AZ xəbər verir ki, “Yuventus”dakı maaşı 30 milyon avro olan Ronaldo hər il sosial media hesabından təxminən 43 milyon avro qazanır. Ötən gün isə ulduz futbolçu daha bir dünya rekorduna imza atıb. Belə ki, onun “Instagram” səhifəsinin izləyiciləri 200 milyona çatıb.

“200 milyon olduq! Bu yolu mənimlə bölüşdüyü üçün hər kəsə təşəkkür edirəm” – dəyə K.Ronaldo izləyicilərinə minnətdarlığını bildirib.

Reytinqdə növbəti pillələrdə 173 və 169 milyon izləyicisi olan müğənnilər Ariana Qrande və Dueyn Conson durur. Sonrakı yerlərdə isə Selena Qomezdir. Ronaldonun futbol sahəsindəki rəqibi Lionel Messini isə 141 milyon insanı izləyir.