18 il müddətinə azadlıqdan məhrum edilən İlkin Süleymanov cinayət haqqda danışıb

0
1524
İyunun 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror çıxışında İlkin Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İ.Süleymanov son sözündə ittihamları qəbul etmədiyini deyib və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

2020-ci ildə Tovuzda Nərmin Quliyevanı öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilən İlkin Süleymanov hadisəni necə törətməsini danışıb.
Bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
Həmin görüntüləri təqdim edirik:

terefsiz.az