15 yaşlı oğlanı maşın vurdu

0
208

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Terefsiz.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda, Padar kəndi ərazisində qeydə alınıb.

Avtomobildən düşüb marketə getmək istəyən Siyəzən rayon sakini, 2004-cü il təvəllüdlü Gülmalıyev Elsevər Asif oğlunu minik avtomobili vurub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İstinad: Oxu.az

Terefsiz.az