Ərdoğan və Mitsotakis iki ölkənin münasibətlərini yaxşılaşdırmağı razılaşdırıblar.

0
145

Terefsiz.az saytı xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Nyu-Yorkda, BMT Baş Assambleyasında ilk şəxsi görüş keçiriblər.

Bu barədə Mitsotakis özünün “Twitter”dəki səhifəsində yazıb.

Bildirilir ki, dövlət rəsmiləri iki ölkənin münasibətlərini yaxşılaşdırmağı, xüsusi halda, Əməkdaşlıq üzrə Ali Şuranın işini yeniləməyi razılaşdırıblar.

“Prezident Ərdoğanla bütün əsas məsələlər, immiqrasiyadan Kipr probleminə və ikitərəfli əlaqələrə qədər açıq müzakirəmiz oldu. Biz regionda xalqlarımızın sabitliyi xeyirinə ən yaxşı iqlimi yaratmaq üçün birlikdə işləməyə razılaşdıq, – deyə Mitstakis “Twitter”də yazıb.

Qeyd edilir ki, liderlərin nümayəndə heyətlərinin iştirakı ilə keçirdikləri görüş təxminən 50 dəqiqə davam edib. Afinanın AMNA agentliyi Yunanıstan hökumətindəki mənbəyə istinadən bildirib ki, “iki liderin şəxsi müraciətləri yaxşı atmosferdə” keçib.

Terefsiz.az