“Əliabbas” 25 il sonra… – Foto

0
194

Aktyor İlham Qasımov sosial şəbəkədə maraqlı paylaşım edib.

Terefsiz.az xəbər verir ki, o, 25 il əvvəl çəkildiyi “Yuxu” filmindəki motosikletinə yenidən minib.

Qasımov üzərində “Əliabbasa azadlıq” yazılan motosikletlə fotosuna “Elə bu günlərdə çəkiliş gedirdi , düz 25 il əvvəl” sözlərini yazıb.

Qeyd edək ki, “Yuxu” filmində mərhum Xalq artistləri Nəsibə Zeynalova, Siyavuş Aslan, Yaşar Nuri, Zərnigar Ağakişiyeva rol alıblar.

İstinad: Axşam.az

Terefsiz.az